İcarəyə verilir 2 otaqlı yeni tikili 88 m², Həzi Aslanov m.
Həzi Aslanov metrosuna yaxın rahat və geniş mənzil!
Xətai rayonunun ən əlverişli ərazilərindən birində – Həzi Aslanov metrostansiyasından cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşən yeni tikili binada tam təmirli, geniş 2 otaqlı (88 m²) mənzil kirayəyə verilir. Mənzil 17 mərtəbəli binanın 4-cü mərtəbəsindədir və rahat yaşayış üçün bütün şərait təmin olunub.
Mənzilin üstünlükləri:
•Geniş və işıqlı otaqlar
•Keyfiyyətli təmir
•Kombi istilik sistemi
•Binada 2 sürətli lift
•Sakit və təhlükəsiz həyət
•Uşaq meydançası
•Avtomobillər üçün ayrılmış dayanacaq yerləri
Ətrafda uşaq bağçaları, məktəblər, supermarketlər və gündəlik ehtiyaclar üçün bütün iaşə obyektləri mövcuddur.
Ünvan: Xudu Məmmədov küçəsi, Xətai rayonu
Qiymət: 670 AZN/ay
Vasitəçi: Cəmilə
Xidmət haqqı: 30%











































































































