Satılır 3 otaqlı köhnə tikili 85 m², 8-ci mikrorayon q.
Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsində ideal yaşayış üçün mükəmməl şəraitə malik, geniş infrastrukturlu ərazidə yerləşən Leninqrad layihəli 9 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 85 kv olan 3 otaqlı, əla təmirli mənzil satışa çıxarılır.
Mənzil tam orta blokda yerləşdiyi üçün həm qışda isti, həm də yayda sərin olur. Təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib, otaqların planı geniş və funksional şəkildə qurulub. Mənzildə günün hər saatı təbii işıq düşən açıq məkan effekti mövcuddur.
Qaz, su və işıq daimidir, binanın kommunikasiya sistemi problemsizdir. İstilik sistemi kombidir, rahat və qənaətcil şəkildə idarə olunur. Binanın həyəti genişdir, səliqəlidir və parkinq imkanı mövcuddur.
Ərazi olaraq mənzil Ayna Sultanova heykəlinə, Atatürk parkına və Güvən Klinikasına çox yaxın məsafədədir. Yürüş məsafəsində məktəb, bağça, supermarketlər, avtobus dayanacaqları və bütün zəruri obyektlər fəaliyyət göstərir. Məhz bu səbəbdən mənzil həm ailə yaşamı üçün, həm də investisiya baxımından çox əlverişli variantdır.
Mənzilin qiyməti: 240 000 AZN
Ofis haqqı: 1%























































































































































